Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) futbolda inqilabi qərarı həyata keçirməyə hazırlaşır.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, yeni sistemə görə, İngilis Teleqraf qəzetində yer alan xəbərdə hakimləri aldadan, həddindən artıq etiraz edən futbolçulara “mavi vərəqə” göstəriləcəyi bildirilib.
“Mavi vərəqə” alan futbolçular 10 dəqiqə oyundan kənarlaşdırılacaq.
Hələlik peşəkar liqalarda tətbiq edilməyəcək sistem pilot mərhələdə Federasiya Kuboku və Qadınlar Super Liqası matçlarında sınaqdan keçirilə bilər.
Əfsanə Rəcəb
Manşet.az