Rusiyada "Youtube" bloqerlərinin "qara siyahı"sı hazırlanır

15:50 - 09 Fevral 2024

Rusiyada \"Youtube\" bloqerlərinin \"qara siyahı\"sı hazırlanır

Rusiya Federasiyasının İctimai Palatası rusiyalı "Youtube" bloqerlərinin "qara siyahı"sını yaradacaq.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə Media və Kütləvi Kommunikasiyaların İnkişafı Komissiyası sədrinin birinci müavini Aleksandr Malkeviç bildirib.

Dəyirmi masa zamanı o, siyahının ictimaiyyətə açıqlanacağını deyib:

"İctimai Palata indi digər məsələlərlə yanaşı, "Youtube" platformasında işləyən bloqerlərin "qara siyahı"sı üzərində işləməyə başlayır. Biz bunu dərc edəcəyik, çünki bunlar Rusiya sosial şəbəkələrində qəsdən işləməyən, özlərini rusiyalı bloqer kimi təqdim edən insanlardır".

Onun sözlərinə görə, siyahının birinci hissəsi uşaq auditoriyası üçün işləyən blogerlərə həsr olunacaq. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az