Aralarında Türkiyənin ilk astronavtı Alper Gezeravcının da olduğu Ax-3 ekipajını daşıyan SpaceX-in Dragon kapsulu Florida sahillərində okeana enib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, A.Gezeravcının kosmosa səyahəti yanvarın 19-da başlayıb. O, bir sıra təcrübələr həyata keçirib.
Kosmonavtın dünyaya qayıdışı əlverişsiz hava şəraiti səbəbindən indiyədək üç dəfə təxirə salınıb.
Əfsanə Rəcəb
Manşet.az