Bir ailənin üç üzvü qəzada yaralandı

19:42 - 14 Mart 2024

Bir ailənin üç üzvü qəzada yaralandı

Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.

 

Manset.az  xəbər verir ki, hadisə rayonun Qurumba kəndi ərazisində qeydə alınıb. "VAZ-21015" və VAZ-21011" markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində "VAZ-21015" markalı minik avtomobilinin sürücüsü Lənkəran rayonunun Rvo kənd sakini 1983-cü il təvəllüdlü Rauf Məmməd oğlu Nəzərov, onun həyat yoldaşı 1994-cü il təvəllüdlü Gültəkin Ziyad qızı Nəzərova və azyaşlı övladları R.N xəsarət alaraq Lənkəran rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az