Salyanda elektriklə balıq ovlayan şəxsi cərəyan vurub.
Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə Salyan rayonunun Sarvan kəndində qeydə alınıb.
Həmin ərazidən keçən kollektorda elektriklə balıq ovlamaq istəyən Lənkəran sakini Babayev Orxan Baba oğlunu cərəyan vurub.
O, ağır vəziyyətdə Salyan xəstəxanasına yerləşdirilib.