Axşam saatlarında Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
Manşet.az xəbər verir ki, Heydər Əliyev prospektində, metronun "Koroğlu” stansiyasının yaxınlığında "Toyota Prius” markalı avtomobil motosikletlə toqquşub.
Motosikletin sürücüsü hadisə yerində ölüb.
Qəza nəticəsində yolda uzun tıxac yaranıb.