Qax rayonunda yaşayış evi yanıb.
Manşet.az xəbər verir ki, hadisə rayonun Qaxbaş kəndində qeydə alınıb.
Belə ki, kənd sakini Nazim Paşa oğlu Heydərova məxsus ev qəfildən alışıb.
Hadisə zamanı ümumi sahəsi 120 kv/m olan kürsülü ev içərisindəki əşyalarla birlikdə tamamilə kül olub.
Yanğının yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb.
Report