Ağdaşda 15 yaşlı qız sirkə turşusu içərək intihara cəhd edib.
Manşet.az-ın unikal.org-a istinadən verdiyi məlumata görə, hadisə Ağdaş rayonu ərazisində yaşayan Şuşadan olan məcburi köçkün ailəsinin evində baş verib. Hələ ki, məlum olmayan səbəbdən 2006-cı il təvəllüdlü Həsənzadə Yaqut Münasib qızı sirkə turşusu içib.
Hadisədən zamanında xəbər tutan doğmaları onu təcili xəstəxanaya çatdırıb.
Faktla bağlı araşdırma aparılır.