Gədəbəydə 29 yaşlı gənci bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Manset.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib.
Onun sözlərinə görə, Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində X. Piroğlanova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən, Mingəçevir şəhər sakini Oruc Abdullayev saxlanılaraq istintaqa təhvil verilib