Lerikdə avtomobil dağa çırpıldı - Xəsarət alanlar var (FOTO)

16:54 - 24 Avqust 2024

Lerikdə avtomobil dağa çırpıldı - Xəsarət alanlar var (FOTO)

Bu gün saat 14:40 radələrində Lerik rayonu Qışlaq kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı 3 nəfər (kişi cinsli) şəxs döş qəfəsinin küt travması, qapalı kəllə beyin travması, başın təpə nahiyəsinin əzilmiş didilmiş yarası, sağ baldır sümüyünün 1/3-nin xətli sınığı diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.

 

Manset.az xəbər verir ki, Lənkəran Mərkəzi Rayon Xəstəxanasından APA-nın cənub bürosuna bildirilib ki, zəruri ilkin tibbi yardım göstərilən yaralılardan biri tibb müəssisəsinin travma şöbəsinə, digərləri Təcili yardım şöbəsinə yerləşdirilib.

Vəziyyətləri qənaətbəxş qiymətləndirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az