Suraxanıda ağır qəza - Xəsarət alan var

10:49 - 01 Dekabr 2024

Suraxanıda ağır qəza - Xəsarət alan var

Bakının Suraxanı rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Atamoğlan Rzayev küçəsində qeydə alınıb.

Belə ki, 2004-cü il təvəllüdlü Fərid Azər oğlu Qurbanov yolu keçərkən onu minik avtomobili vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az