Şəkidə avtomobil ağaca çırpıldı - Xəsarət alan var

19:50 - 20 Yanvar 2025

Şəkidə avtomobil ağaca çırpıldı - Xəsarət alan var

Şəkidə minik maşını ağaca çırpılıb.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı- Şəki avtomobil yolunda, Şəki rayonunun Aşağı Küngüt kəndində baş verib.

Şəki sakini Samir Məmmədovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı ağaca dəyib. Avtomobildə olan sərnişin, 41 yaşlı Şəki sakini Tural Abbasov müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdirlib.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az