Bakı şəhərinin Binəqədi rayonunda yataqxana binasında yanğın baş verib.
Manset.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bakı şəhərinin Binəqədi rayonunda beşmərtəbəli yataqxana binasının dam örtüyündə taxta tullantıları 10 m² sahədə və elektrik kabeli 8 p.m yanıb. Bina yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.