Ağdam sakininə it hücum etdi - Vəziyyəti ağırdır

23:59 - 04 May 2025

Ağdam sakininə it hücum etdi - Vəziyyəti ağırdır

Ağdamda 49 yaşlı qadına it hücum edib.


Manset.az-ın məlumatına görə, rayonun Ergi qəsəbə sakini, 1976-cı il təvəllüdlü Əliyeva Vəfa Hidayət qızı ilkin olaraq Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Ona sol qolun bazu, said hissəsi və döş qəfəsində xəsarət diaqnozu qoyulub.

Vəziyyəti ağır qiymətləndirildiyi üçün ilkin tibbi yardım göstərildikdən sonra qadın Bərdə Diaqnostika Mərkəzinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv