Goranboyda bir neçə nəfər dəm qazından zəhərləndi

00:00 - 08 Dekabr 2021

Goranboyda bir neçə nəfər dəm qazından zəhərləndi

Goranboyda dəm qazından kütləvi zəhərlənmə baş verib.

Manset.az-ın məlumatına görə, Goranboy şəhərində kirayədə yaşayan 1995-ci il təvəllüdlü Pərviz Şirinov, 1989-cu il təvəllüdlü Təhməz İbrahimov və 1994-cü il təvəllüdlü Cahid Aktanov dəm qazından zəhərləniblər.

Zərərçəkənlər Goranboy Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Onlardan T.İbrahimovun vəziyyəti kafi, digərlərinin vəziyyəti qənaətbəxş hesab olunur.

Faktla bağlı araşdırmalara başlanılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az