Lənkəran rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Girdəni kəndi ərazisində qeydə alınıb.
"Mercedes-Benz" markalı avtomobil idarəetməni itirərək sərnişin avtobusundan düşüb yolu piyada keçmək istəyən rayon sakini, 1968-ci il təvəllüdlü Ruhəngiz Ağahəsən qızı Babayevanı vurub.
R.Babayeva xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.