İran lideri Xamenei inqilabın 47-ci ildönümü münasibətilə 2 min 108 məhkumun cəzalarının əfv edilməsi, yüngülləşdirilməsi və ya dəyişdirilməsi təklifinə razılıq verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, təklifə əsasən, 2 min 108 məhkumdan 919-u fərqli cinayətlərdən məhkum edilmədikləri üçün əfv ediləcək və onların işləri bağlanacaq.
Qalan 1189 məhkumun cəzalarında isə azalma olacaq və bəzilərinin cəzaları pul cəriməsinə çevriləcək.