Şabranda ağır qəzada yaralananların kimliyi bilindi:  FOTO - YENİLƏNİB

21:03 - 28 İyun 2025

Şabranda ağır qəzada yaralananların kimliyi bilindi:  FOTO - YENİLƏNİB

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Şabran rayonunun Günəşli kəndi yaxınlığından keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.


Manset.az APA-ya istinadən xəbər verir ki, "Niva" markalı minik avtomobili "Kamaz" markalı yük avtomobili ilə toqquşub, daha sonra isə, "Kamaz" qarşıdan gələn "Atego" markalı yük avtomobilinə çırpılıb.

Hadisə zamanı 3 nəfər ağır xəsarətlər alıb. "Niva"nın ağır yaralanan sürücüsü Əmrulla Ağakişiyev deformasiyaya uğrayan avtomobildən çıxarılaraq Quba rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, vəziyyəti ağırdır.

Digər iki sürücü, Elnur Cəbrayılov və Samir Ağayev isə, Şabran rayon Mərkəzi Xəstəxanasına aparılıb, onların da vəziyyəti ağır qiymətləndirilir.

Qəzaya "Niva" markalı nəqliyyat vasitəsinin manevr qaydalarını pozmasının səbəb olduğu bildirilir. Hadisə yerinin avtotexniki ekspertizası aparılıb, araşdırmalar davam etdirilir.



***

16:47

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.


Manset.az APA-ya istinadən xəbər verir ki, iki yük və bir minik avtomobilinin toqquşması nəticəsində “Niva” markalı nəqliyyat vasitəsinin sürücüsü hadisə yerində ölüb.

    Yaralananların da olduğu bildirilir.

    Hazırda fakt araşdırılır.


    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az