Qəbələdə boğaz əməliyyatı olunan 16 yaşlı qız xəstəxanada ölüb.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, rayon sakini, 2009-cu il təvəllüdlü Məleykə Məmmədova Qəbələ Rayon Mərkəzi Xəstəxanasına boğaz əməliyyatı üçün müraciət edib.
Yeniyetmə əməliyyatdan üç gün sonra xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.