Yevlaxda ər-arvad qəzaya düşdü - Ölən var

09:24 - 29 İyun 2025

Yevlaxda ər-arvad qəzaya düşdü - Ölən var

Yevlax rayonunda minik avtomobili ilə qoşqulu motosikletin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində bir nəfər ölüb.


Manset.az Report-a istinadən xəbər verir ki, avtomobillin qoşqulu motosikletə çırpılması nəticəsində motosikletdə olan 1959-cu il təvəllüdlü F. Kazımova aldığı xəsarətdən keçinib.

Onun həyat yoldaşı 1955-ci il təvəllüdlü H. Kazımov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az