Lənkəran şəhərinin Boladı kəndində ümumi sahəsi 420 m² (hər mərtəbəsi 210 m²) olan ikimərtəbəli evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 210 m² sahədə yanıb.
Manset.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.