Samux rayonunun Bağbanlar kəndi ərazisində taxıl sahəsində yanğın başlayıb.
Manset.az-ın məlumatına görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Samux Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobilləri cəlb olunub.
Məlumata görə, əraziyə Gəncə şəhərindən də yanğınsöndürən avtomobillər göndərilib.
Hazırda yanğının başvermə səbəbləri araşdırılır.