Astarada baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə müvafiq qurumlarla birgə araşdırmalara başlanılıb.
Manset.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
***
18:14
Bu gün 11:00 radələrindən etibarən müxtəlif qastrointestinal şikayətlərlə 8-i uşaq olmaqla, ümumilikdə 15 nəfər (9-u qadın, 6-sı kişi cinsli) Astara Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.
Manset.az APA-ya istinadən xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, onlara zəruri tibbi xidmət göstərilib: "Müalicələri Yoluxucu xəstəliklər şöbəsində davam etdirilən pasiyentlərdən 13-nün vəziyyəti qənaətbəxş, 2-nin vəziyyəti isə nisbi ağır qiymətləndirilir".
***
18:12
Astarada kütləvi zəhərlənmə olub.
Manset.az Report-a istinadən xəbər verir ki, Astara rayonunda 15-ə yaxın sakin zəhərlənmə diaqnozu ilə rayon xəstəxanasına yerləşdirilib.
Onlardan 10 nəfəri infeksion şöbəyə yerləşdirilib.
Fakt araşdırılır.