Naxçıvanda 4 avtomobil toqquşdu - Yaralılar var 

19:32 - 01 Oktyabr 2025

Naxçıvanda 4 avtomobil toqquşdu - Yaralılar var 

Naxçıvanda 4 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.


Manset.az Report-a istinadən xəbər verir ki, hadisə Naxçıvan şəhərinin Cəlil Məmmədquluzadə küçəsində qeydə alınıb.

Qəza zamanı iki "VAZ-2107", "Raf" və "NAZ-Lifan" markalı avtomobillər toqquşub.

Nəticədə 4 nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az