Gəmi qəzaya uğradı - Neft sızması baş verdi

21:47 - 08 Fevral 2026

Gəmi qəzaya uğradı - Neft sızması baş verdi

Tailandın Phuket kurort adası yaxınlığında konteynerdaşıyan gəmisi qəzaya uğradıqdan sonra neft sızması baş verib.


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, Panama bayrağı altında Malayziyadan Banqladeşə üzən "Sealloyd Arc" gəmisi Andaman dənizində qəzaya uğrayıb. Gəmidə təxminən 300 konteyner olub ki, onlardan 14-də təhlükəli maddələr yer alıb. Qəzadan sonra dənizdə 7.2 km uzunluğunda və 1.6 km enində yanacaq ləkəsi aşkar edilib.

Gəmidə olan 16 heyət üzvü xilas edilib. Qəzanın fəsadlarının aradan qaldırılması davam edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az