Filippində "Basyanq" fırtınası - 12 nəfər öldü

21:04 - 08 Fevral 2026

Filippində \"Basyanq\" fırtınası - 12 nəfər öldü

Filippində "Basyanq" tropik fırtınasının dağıdıcı nəticələri nəticəsində azı 12 nəfər ölüb.


Manset.az Report-a istinadən xəbər verir ki, sörd nəfər Kaqayan-de-Oroda (Mindanao adası - red.) baş verən torpaq sürüşməsi nəticəsində həlak olub, qalanları isə boğularaq ölüb.

Ümumilikdə, daşqınlar və torpaq sürüşmələri ilə müşayiət olunan fırtınanın fəsadları Filippinin cənubunda təxminən yarım milyon sakinə təsir göstərib, 38 bina tamamilə dağılıb, 407 bina isə qismən zədələnib.

"Visayas adasında və Mindanaoda "Basyanq" tropik siklonunun nəticələrindən təxminən 467 000 zərər çəkib", - bəyanatda deyilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az