Bakıda ağır QƏZA - Yaralılar var

23:47 - 03 Oktyabr 2025

Bakıda ağır QƏZA - Yaralılar var

Bakının Səbail rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.


Manset.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Qeyd olunub ki, 03.10.2025-ci il tarixində saat 21:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Səbail rayonu ərazisindən yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub.

Vurğulanıb ki, dərhal təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 3 nəfərə (2-si kişi, 1-i qadın cinsli) ilkin tibbi yardım göstərilib və müştərək travmalar diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az