Sürücü sükan arxasında öldü - Qəza oldu

12:36 - 04 Oktyabr 2025

Sürücü sükan arxasında öldü - Qəza oldu

Sumqayıtda sürücü sükan arxasında ölüb.


Manset.az Report.az-a istinadən xəbər verir ki, hadisə şəhərin 13-cü mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, 1981-ci il təvəllüdlü Rauf Əliyev idarə etdiyi avtomobilin sükanı arxasında olarkən qəfil halı pisləşib və ürək fəaliyyəti dayanıb.

Nəticədə idarəetmədən çıxan avtomobil qarşıda hərəkətdə olan "Opel" markalı nəqliyyat vasitəsinə çırpılıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az