İsmayıllıda ağır QƏZA - Ölənlər var

21:18 - 04 Oktyabr 2025

İsmayıllıda ağır QƏZA - Ölənlər var

İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Baş Dövlət Yol Polisi İdarəsindən  Manset.az-a verilən məlumata görə, qəza bu gün saat 19 radələrində Qaraməryəm-İsmayıllı-Şəki yolunun 42-ci kilometrliyində qeydə alınıb.

Hadisədə Rəşad Ələsgərovun idarə etdiyi "Mercedes" markalı avtomobil ilə Rüfət Quliyevin idarə etdiyi BMW markalı avtomobil toqquşub.

Nəticədə, hər iki avtomobilin sürücüləri hadisə yerində həyatlarını itiriblər.

"Mercedes" markalı avtomobildə olan üç, BMW markalı nəqliyyat vasitəsində isə 1 sərnişin xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az