Gəncədə minik maşını orta yaşlı kişini vurdu

18:10 - 05 Oktyabr 2025

Gəncədə minik maşını orta yaşlı kişini vurdu

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.


Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan minik avtomobili yolu qarşı tərəfə keçmək istəyən orta yaşlı kişini vurub. Piyada xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az