Tərtərdə yük və minik avtomobilləri toqquşdu - 1 ölü, 1 yaralı

22:33 - 05 Oktyabr 2025

Tərtərdə yük və minik avtomobilləri toqquşdu - 1 ölü, 1 yaralı

Tərtərdə yük və minik avtomobillərinin toqquşması nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.


Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə Borsunlu-Hindarx yolunun Tərtər rayon İlxıçılar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, "GAZel" markalı yük avtomobili ilə minik avtomobilinin toqquşması nəticəsində minik avtomobilinin sürücüsü, Goranboy rayon sakini 2001-ci il təvəllüdlü Həsənov Eltun Müşviq oğlu ölüb.

Yük avtomobilinin sürücüsü, Tərtər rayon sakini 1962-ci il təvəllüdlü İsbəndiyarov Qamət Məmməd oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az