Manset.az-ın əldə etdiyi məlumata görə, Şirvan Şəhər Mərkəzi Xəstəxanasının ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Qanbayeva Lamiyə Nəcməddin qızını bıçaqlayan şəxs keçmiş həyat yoldaşıdır.
Cinayət əməlini törətməkdə şübhəli bilinən Lamiyə Qanbayevanın keçmiş həyat yoldaşı, 1986-cı il təvəllüdlü Tural Qanbayevin tutulması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.
***
22:17
TƏBİB-in ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi zorakılığa məruz qalıb.
Manset.az xəbər verir ki, bu barədə TƏBİB-in kommunikasiya departamentinin rəhbəri Zamirə Adilova bildirib.
Şirvan Şəhər Mərkəzi Xəstəxanasının ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Lamiyə Qanbayeva ailə-məişət zorakılığına məruz qalaraq, müxtəlif bədən xəsarətləri alıb.
O, bədənin çoxsaylı kəsilmiş, deşilmiş yarası diaqnozu ilə çalışdığı Şirvan Rayon Mərkəzi Xəstəxanasında cərrahi əməliyyat olunub.
“Lamiyə təkcə çalışqan və məsuliyyətli əməkdaş deyil, həm də kifayət qədər mülayim, mehriban və səmimi bir xanımdır. Hazırda müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağır olaraq qiymətləndirilir. İnanırıq ki, dəyərli həkimlərimizin səyləri və özünün iradəsi ilə O, bu sınaqdan da güclü çıxacaq”,- deyə Z.Adilova bildirib.