Ucar sakini bədbəxt hadisə nəticəsində ölüb.
Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün rayonun Qaracallı kəndində baş verib.
Belə ki, kənd sakini, 1973-cü il təvəllüdlü İntiqam Vaqif oğlu Zahidov həyətində olan su hovuzuna düşərək ölüb.
Faktla bağlı araşdırma aparılır.