Bərdədə yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Bərdə-Yevlax yolunda hərəkətdə olan “VAZ-2106” markalı avtomobil “Infiniti” markalı avtomobillə toqquşub.
Nəticədə avtomobildə olan şəxslərdən xəsarət alanların olduğu bildirilir.
Faktla bağlı araşdırma başlanıb.