Bakıda 54 yaşlı kişi qəfil ölüb.
Manset.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində baş verib.
1971-ci il təvəllüdlü Müşfiq Çoban oğlu Qasımov küçədə hərəkətdə olarkən qəfil halı pisləşib. Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı araşdırmalar aparılır.