"TikTok"da məşhurlaşan dilənçi qız oğurluğa görə saxlanıldı - VİDEO

20:45 - 15 Oktyabr 2025

\"TikTok\"da məşhurlaşan dilənçi qız oğurluğa görə saxlanıldı - VİDEO

"TikTok"da məşhurlaşan dilənçi qız oğurluğa görə saxlanılıb.


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, Bakının Sabunçu rayonu, Balaxanı qəsəbə sakininin mağazasından pul oğurlanması ilə bağlı polisə müraciəti daxil olub.

Müraciət əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə oğurluq əməlini törətməkdə şübhəli bilinən şəxslərin avaralıq və dilənçiliklə məşğul olan, Yevlax rayon sakinləri B.Mukavadze ("TikTok" adı "Aysu" red.) və T.Bəkirova olması müəyyən edilərək saxlanılıblar.

Faktla bağlı araşdırmalar davam etdirilir.



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az