Mingəçevirdə 19 yaşlı qızın meyiti asılı halda aşkarlanıb.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə şəhərin Günəşli Bağlar adlanan ərazisində qeydə alınıb.
Belə ki, Ləman Bayramovanın meyiti yaşadığı evdə tapılıb. İlkin məlumata görə, Ləmanın qız toyu olub, noyabrın 1-də isə oğlan toyu olacaqmış.
Hadisənin səbəbləri hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.