Avtomobil yaşlı qadını vurdu - Bədbəxt hadisə

17:14 - 18 Oktyabr 2025

Avtomobil yaşlı qadını vurdu - Bədbəxt hadisə

Tovuzda "Volkswagen" markalı avtomobil rayon sakini 1955-ci il təvəllüdlü Ziba Ağayevanı vurub.


Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Elməddin Nəsibov küçəsində qeydə alınıb.

Qadın təcili tibbi yardım briqadası ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan bildirilib ki, Ziba Ağayevanın vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az