Bakının mərkəzində AĞIR QƏZA: Avtobus bulvara girdi - VİDEO

12:11 - 21 Oktyabr 2025

Bakının mərkəzində AĞIR QƏZA: Avtobus bulvara girdi - VİDEO

“BakuBus” MMC bulvar ərazisində qəzaya uğrayan marşrut avtobusu ilə bağlı açıqlama verib.


Manset.az xəbər verir ki, hadisə bu gün saat 10:51 radələrində Neftçilər prospekti istiqamətində, bulvar ərazisi yaxınlığında baş verib. 

“BakuBus” MMC-yə məxsus 125 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkətdə olan 99-JU-809 dövlət qeydiyyat nişanlı avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Bildirək ki, avtobusun sürücüsünün səhhətində qəfil narahatlıq yaranıb və o, nəqliyyat vasitəsini dayandırmağa cəhd etsə də, idarəetməni itirərək avtobusu bulvar ərazisinə tərəf yönəldib.

Hadisə nəticəsində sərnişinlər arasında xəsarət alan olmayıb. Sürücüyə ilkin tibbi yardım göstərilməsi üçün dərhal Təcili Tibbi Yardım Xidməti çağırılıb”, - açıqlamada qeyd olunub.

***

Bu gün saat 10 radələrində paytaxtın Səbail rayonu ərazisində marşrut avtobusunun iştirakı ilə yol qəzası baş verib.


Manset.az xəbər verir ki, Neftçilər prospektində “BakuBus” MMC-yə məxsus BMC markalı iritutumlu avtobus idarəetmədən çıxaraq Dənizkənarı Milli Park ərazisinə daxil olub.

Nəqliyyat vasitəsi bulvarda ağaclara çırpılaraq dayanıb.

Hadisə nəticəsində avtobusa ciddi ziyan dəyib. Xəsarət alanın olub-olmaması barədə məlumat yoxdur.




Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az