Abşeron rayonunun Şəfəq qəsəbəsində 21 yaşlı qadın eyvandan yıxılaraq ölüb.
Manset.az Report-a istinadən xəbər verir ki, 2004-cü il təvəllüdlü qəsəbə sakini Əbilova Kəmalə Tariyel qızı yaşadığı çoxmərtəbəli binadakı mənzilinin eyvanından yıxılaraq həyatını itirib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.