Naxçıvanda ağır QƏZA: Ölən var - FOTO

19:41 - 27 Oktyabr 2025

Naxçıvanda ağır QƏZA: Ölən var - FOTO

Ordubad-Culfa magistral yolunda qəza baş verib, sürücü ölüb.


Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə Culfa rayonu Camaldın kəndində qeydə alınıb.

    Qəza zamanı Culfa şəhər sakini G. Nəcəfovanın idarə etdiyi “KIA” markalı avtomobillə Babək rayon Vayxır kənd sakini R. Məmmədovun idarə etdiyi "DAF" markalı yük avtomobili toqquşub.

    Qəza nəticəsində G. Nəcəfova hadisə yerində ölüb.

    Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.


    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az