28 May qəsəbəsindəki yanğın söndürüldü: VİDEO - YENİLƏNİB

23:21 - 28 Oktyabr 2025

28 May qəsəbəsindəki yanğın söndürüldü: VİDEO - YENİLƏNİB

Binəqədi rayonununun 28 May qəsəbəsində baş vermiş güclü yanğının qarşısı alınıb.


Manset.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat verib.

Qeyd olunub ki, yanğınsöndürənlər tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın havanın küləkli olmasına baxmayaraq genişlənməsinə, o cümlədən yaxınlıqda yerləşən tikililərə yayılmasına imkan verilmədən söndürülüb.

Yanğın nəticəsində həyətyanı ərazidə 500 kv.m. sahədə taxta tullantıları, ümumi sahəsi 50 kv.m. olan köməkçi tikilinin yanar konstruksiyaları və bitişik yerləşən talvarın taxta atmaları yanıb.

Yaxınlıqda yerləşən tikililər və hava elektrik xətləri yanğından mühafizə olunub.


***

18:53

Paytaxtın Binəqədi rayonunda güclü yanğın başlayıb.


Manset.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat verib.

Qeyd olunub ki, Nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsində, ilkin məlumata əsasən, taxtalar yığılmış ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub

Məlumata əsasən, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az