Lənkəranda 2 nəfərin cəsədi tapılıb.
Manset.az xəbər verir ki, meyitlər Lənkəran rayonunun Göyşaban kəndi ərazisində yerləşən məişət tullantıları poliqonunda aşkar edilib.
Hazırda hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerinə cəlb olunub, meyitlərin kimliyi və hansı şəraitdə öldüyü araşdırılır.
Faktla bağlı araşdırma aparılır.