Samuxda yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az apa-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki hərəkətdə olan avtomobil velosiped sürən kənd sakini 2010-cu il R.Əliyevi vurub. Yeniyetmə oğlan xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin kafi olduğu bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.