“By Ruslan Pizza”nın sahibi sosial şəbəkələrdə təhdid edilməsi ilə bağlı görüntülər paylaşıb.
Manset.az-ın əldə etdiyi məlumata görə, “By Ruslan Pizza”nın sahibi Ruslan Mehdi sosial şəbəkələrdə paylaşım edərək bir neçə şəxs tərəfindən təhdid edildiyini iddia edib.
O bildirib ki, onu təhdid edən şəxslər ondan obyektini bağlamasını tələb edirlər. Ruslan Mehdi həmçinin sosial şəbəkədə bu şəxslərin adlarını da açıqlayıb.
Həmin paylaşımı təqdim edirik.