Britaniya miqrasiya siyasətini ciddi şəkildə sərtləşdirir

22:57 - 16 Noyabr 2025

Britaniya miqrasiya siyasətini ciddi şəkildə sərtləşdirir

Böyük Britaniyadakı qaçqınlar bundan sonra yalnız ölkədə 20 il yaşadıqdan sonra daimi yaşayış üçün müraciət edə biləcəklər. Qaçqın statusu üçün uyğunluq hər 30 aydan bir nəzərdən keçiriləcək.


Manset.az xəbər verir ki, bu barədə Britaniyanın daxili işlər naziri Şabana Mahmud "The Sunday Times"a verdiyi müsahibədə bildirib.

Müvafiq qanun qəbul edildikdən sonra yeni qaydaların Böyük Britaniyaya qanunsuz yolla, məsələn, qayıqlarda və ya yük maşınlarında gələn və sonra sığınacaq istəyən miqrantlara, eləcə də vizalarının müddəti bitdikdən sonra sığınacaq üçün müraciət edənlərə şamil ediləcəyi qeyd olunur.

Böyük Britaniyaya qanuni yolla gələnlər isə daimi yaşayış üzrə müraciət etməzdən əvvəl ölkədə 10 il yaşamalı olacaqlar.

Qeyd olunub ki, Britaniya dövləti sığınacaq axtaranlara maliyyə dəstəyi göstərmək kimi qanuni öhdəliyini də ləğv etmək niyyətindədir. Özlərini dolandıra bilən, lakin bunu etməyənlər sosial mənzil və müavinətlərdən məhrum olacaqlar. Cinayət törədənlər də dəstəkdən məhrum ediləcək.

Mahmud qeyd edib ki, qaçqın statusu hər 30 aydan bir nəzərdən keçiriləcək və təhlükəsiz hesab edilən ölkələrdən olanlar öz ölkələrinə qaytarılacaqlar.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az