Tovuz rayonunda üç avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, rayon ərazisində qeydə alınan hadisə zamanı “VAZ 2111” “VAZ2106” və “Mercedes” markalı avtomobillər toqquşub.
İlkin məlumata görə, qəza zamanı bir nəfər müxtəlif dərəcəli xəsarət alıb.
Faktla bağlı araşdırma başlanılıb.