Biləsuvar rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az Lent.az-a istinadən xəbər verir ki, hadisə rayonun Nərimankənd kəndində qeydə alınıb.
Kənd sakini Xəyal Quliyev idarə etdiyi “Niva” markalı minik avtomobili ilə hərəkətdə olarkən qarşısına qəfil çıxan kənd sakini, 2010-cu il təvəllüdlü T. Nuriyevanı vurub. Yeniyetmə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Vəziyyətinə uyğun olaraq o, reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər.
Məlumata görə, hadisəni törədən sürücü ilə piyada qohumdur.
Faktla bağlı araşdırma aparılır.