Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az xəbər verir ki, qəza Girdəni kəndində qeydə alınıb.
1997-ci il təvəllüdlü Şaiq Ramiz oğlu Quluzadənin idarə etdiyi “Shacman” markalı yük avtomobili ilə toqquşma nəticəsində motosikletin sürücüsü, Qızılağac kənd sakini, 1957-ci il təvəllüdlü İsayət Hidayət oğlu Əhmədov hadisə yerində dünyasını dəyişib. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.