Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Hyundai Elantra” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.
Qəza nəticəsində 1985-ci il təvəllüdü Ruslan Süleymanov həyatını itirib. 2001-ci il təvəllüdlü Kamran Məmmədov isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.